Tag: kompass

Kataloq.net-ə müəssisənizi, qurumunuzu, obyektinizi əlavə edin.

Təxminən 2 həftə öncə kataloq.net saytının qurumlar bölməsini yenilədik. Yenilik əsasən bundan ibarət idi ki, KOMPASS AZERBAIJAN kataloqunda yer alan 6000-dən çox  qurum kataloq.NET bazasına əlavə edildi. Kompass-ın nə olduğunu bilməyənlər üçün qısaca deyə bilərəm ki, bu dünyanın nəhəng informasiya kataloqlarındandır. Bu barədə kataloq.NET saytının rəsmi blogunda da oxuya bilərsiniz.

Əlbəttə bugun Azərbaycanda kompass bazasını ozündə cəmləyən bəzi digər saytlar da mövcuddur. Sual yarana bilər ki, kataloq.NET-ə əlavə edilməsinin özəlliyi, yeniliyi nədədir? Başlica özəllik odur ki, digər saytlar hansısa qeyri-qanuni yollarla bu bazanı əldə etdiyi halda kataloq.NET, KOMPASS ilə rəsmi iş birliyinə girmiş və öz resurslarını birləşdirmişdir.  Bu o deməkdir ki, kompass kataloqunda yer alan hər bir qurum haqqında məlumatı kataloq.NET saytında da tapa bilərsiniz.

Rəsmiyyət çox gözəl şeydir. Ən azından ona görə ki, sabah kompass-da hər hansı bir yenilik olsa siz onu ən birinci və ən dəqiq kataloq.NET-də görə biləcəksiniz. Digər bir fərqlilik ondadır ki,  kataloq.NET-də yerləşən qurumları xəritədə görmə imkanına da maliksiniz. Beleliklə axtardığınız qurumun harda yerləşdiyini xəritədə görərək daha dəqiq oriyentasiya ola bilərsiniz.

Bununla kifayətlənmirik. Dünən kiçik bir yenilik daha etdik. Əgər sizin də hər hansi bir müəssisəniz, qurumunuz, obyektiniz var və onu kataloqda tapa bilmədinizsə o zaman çox rahat  şəkildə onu kataloq məlumat bazasına əlavə edə bilərsiniz.
Bunun üçün sadəcə olaraq sayta daxil olub anket formunu doldurmaq kifayet edir.

Leave a Comment June 12, 2009


Bölmələr

Arxiv

Links

Tags

Social me