Wordpress yazılarını saytın digər səhifələrinə daxil etmək / Include wordpress posts to other pages
June 8, 2009
Wordpress-dən yəqin ki əksər bloggerlər istifadə edir. Öz adımdan deyə bilərəm ki, burada struktur və imkanlar çox gözəl və zəngindir.
Biraz əvvəl bir tanışım məndən blogundakı son postları saytının ana səhifəsinə çixarmağa kömək etməyi istədi. Təbii ki, wordpress-in kifayət qədər tanınmış bir CMS olduğunu nəzərə alsaq ağlıma gələn ilk şey “Bunu etmək üçün rahat bir yol mütləq var” oldu.
Çox az araşdırma apardım. Nəticədə istədiyim şeyi tapa bildim.
<?php
// Blog qovluğunda yerləşən wp-blog-header.php faylını tələb edirik
require('bloggovlugunuz/wp-blog-header.php');
//Ən son 3 yazıya sorğu göndəririk
query_posts('showposts=3');
?>
İşin sirri blog qovluğunuzdakı wp-blog-header.php faylıdır. Yani bu faylı istıdiyiniz səhifəyə daxil etməklə bütün wordpress code aləmi sizin üzünüzə açılır və blogunuzdakı istədiyiniz məlumatı əldə edə bilirsiniz. Həmçinin Postlar.
Faylı daxil etdikdən sonra en son post-lara sorğu göndərmək lazımdır. Bunu query_posts(); funksiyası həyata keçirir.
Bundan sonra nəticəni dövrə salıb istədiyimiz kimi düzə bilərik. Əgər wp-content/themes/temanizinadi/page.php faylını açsanız wordpress-də nəticələrin necə düzüldüyünü görə bilərsiniz.
Məndə bu qaydanı pozmadan kiçik bir misal yazacam.
<?php while (have_posts()): the_post(); ?>
<h2><?php the_title(); ?></h2>
<p><a href="<?php the_permalink(); ?>">Ardını oxu...</a></p>
<?php endwhile; ?>
Eyni qaydada blog səhifələrini, linkləri, şərhləri və s. sorgu edib səhifənizin istədiyiniz yerində görünməyini təmin edə bilərsiniz.
Filed under: Proqramlaşdırma
Leave a Comment
XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
TrackBack URL | RSS feed for comments on this post.