Müsabiqə başlayan gündən saytda kiçik log sistemi quraşdırdım. Mənim üçün maraqlı idi sayta nə cür hücumlar ediləcək vəya belə deyək, ümumiyyətlə ediləcək mi? Log sistemi əsasən linki yoxlayır və link vasitəsi ilə mudaxilə (injection) cəhdlərini qeydə alır.
22 Oktyabrdan etibarən demək olar ki, hər gün sayta xirda müdaxilə cəhdləri edilirdi. Bəziləri linkdəki dəyişənlərə (variable) boşluq qoyurdu, bəziləri hər hansı bir simvolu. Bütün bunlar o qədər də maraqlı deyildi. (more…)
Yox yox əslində google yazığın də günahı var? Əlindən gələni edir ki, insanlara keyfiyyətli xidmət göstərsin. Demək olar ki, bütün servislərində istifadəçinin rahatlığı üçün əlvə, gözəl, maska funksiaları var. Buna el arasında “user-friendly” deyirler. Ele bu əlavə funksiyanın biri ilə rastlaşdım və maraqlı bir faktın şahidi oldum. (more…)
Son günlər əksər website sahiblərini təngə gətirmiş bir virusdur. Bir neçə gün əvvəl çox yersiz bir vaxtda bu virus mənim də bəzi saytlarıma düşdü. Amma artıq olan olmuşdu, virusu temizləmək lazım idi. Bəs bu virus nədir, necə düşür, nələr edir, necə qorunmaq olar kimi suallara çalışacam cavab verim.
Bu virus necə düşür? Yox! hosting aldığınız şirkətin heçbir günahı yoxdur. Virus sizin kompüterinizdədir.
Siz bu virusa yoluxmuş hərhansi bir saytı açanda (böyük ehtimal IE ilə) iframe-də olan link də yüklənməyə başlayır və özü ilə troyanı sizin kompüterinizə yükləyir. Əksər anti-viruslar bu virusu görmür, çünki sayt daxilində olan iframe-də yüklənən linki yoxlanışdan keçirmirlər. Bəzi anti-viruslar isə xəbərdaqlıq mesajı çıxarırlar amma block etmirlər. (more…)
Hamını salamlayıram. Axır ki, blogumu aktivləşdirməyə vaxt tapdım. Sagolsun wordpress! Tez və rahat.
Bəs bu bloqda nədən yazacam? Maraqli sualdı… İşim, hobbim, maraq dairəm əsasən IT (informasiya texnologiyaları) sahəsini əhatə etdiyi üçün, blogumda da əsasən bu mövzuda yazılar görəcəksiniz. Birdə şəxsi işlərim və qarşılaşdığım maraqlı işlər haqqında yazıları sizinlə paylaşacam.
Arada sıxılmamaq üçün havadan, sudan, ordan-burdan da yazılar yazacam. Mən kiməm, nə iş görürəm, falan filan deyənlər haqqımda bölümünə göz gəzdirsin. Ok, xeyirli olsun və birdaha bloguma xoş gəldiniz!