Son günlər əksər website sahiblərini təngə gətirmiş bir virusdur. Bir neçə gün əvvəl çox yersiz bir vaxtda bu virus mənim də bəzi saytlarıma düşdü. Amma artıq olan olmuşdu, virusu temizləmək lazım idi. Bəs bu virus nədir, necə düşür, nələr edir, necə qorunmaq olar kimi suallara çalışacam cavab verim.
Bu virus necə düşür?
Yox! hosting aldığınız şirkətin heçbir günahı yoxdur. Virus sizin kompüterinizdədir.
Siz bu virusa yoluxmuş hərhansi bir saytı açanda (böyük ehtimal IE ilə) iframe-də olan link də yüklənməyə başlayır və özü ilə troyanı sizin kompüterinizə yükləyir. Əksər anti-viruslar bu virusu görmür, çünki sayt daxilində olan iframe-də yüklənən linki yoxlanışdan keçirmirlər. Bəzi anti-viruslar isə xəbərdaqlıq mesajı çıxarırlar amma block etmirlər. (more…)
August 18, 2009
Təxminən 2 həftə öncə kataloq.net saytının qurumlar bölməsini yenilədik. Yenilik əsasən bundan ibarət idi ki, KOMPASS AZERBAIJAN kataloqunda yer alan 6000-dən çox qurum kataloq.NET bazasına əlavə edildi. Kompass-ın nə olduğunu bilməyənlər üçün qısaca deyə bilərəm ki, bu dünyanın nəhəng informasiya kataloqlarındandır. Bu barədə kataloq.NET saytının rəsmi blogunda da oxuya bilərsiniz.
Əlbəttə bugun Azərbaycanda kompass bazasını ozündə cəmləyən bəzi digər saytlar da mövcuddur. Sual yarana bilər ki, kataloq.NET-ə əlavə edilməsinin özəlliyi, yeniliyi nədədir? Başlica özəllik odur ki, digər saytlar hansısa qeyri-qanuni yollarla bu bazanı əldə etdiyi halda kataloq.NET, KOMPASS ilə rəsmi iş birliyinə girmiş və öz resurslarını birləşdirmişdir. Bu o deməkdir ki, kompass kataloqunda yer alan hər bir qurum haqqında məlumatı kataloq.NET saytında da tapa bilərsiniz.
Rəsmiyyət çox gözəl şeydir. Ən azından ona görə ki, sabah kompass-da hər hansı bir yenilik olsa siz onu ən birinci və ən dəqiq kataloq.NET-də görə biləcəksiniz. Digər bir fərqlilik ondadır ki, kataloq.NET-də yerləşən qurumları xəritədə görmə imkanına da maliksiniz. Beleliklə axtardığınız qurumun harda yerləşdiyini xəritədə görərək daha dəqiq oriyentasiya ola bilərsiniz.
Bununla kifayətlənmirik. Dünən kiçik bir yenilik daha etdik. Əgər sizin də hər hansi bir müəssisəniz, qurumunuz, obyektiniz var və onu kataloqda tapa bilmədinizsə o zaman çox rahat şəkildə onu kataloq məlumat bazasına əlavə edə bilərsiniz.
Bunun üçün sadəcə olaraq sayta daxil olub anket formunu doldurmaq kifayet edir.
June 12, 2009