Haqqımda
Salam, mən Amid Quliyev. Eyni zamanda 1999-cu ildən Amidos kimi də tanınıram. Amidos nədir? Uzun uzadı izah edib keyboardın düymələrini narahat eləmək istımirəm əslində. Sadəcə dostlarım, mənə yaxın olan insanlar məni əsasən belə çağırır. Sizdə bir nickname kimi başa düşün.
Hal-hazırda bir özəl firma üçün software developer olaraq işləyirəm. Son 2 ildə əsasən GIS programları yazmaqla məşqulam. Azərbaycan Respublikasının kadastr əməliyyatlarını həyata keçirən proqramların yaradıcılarındanam. Web üzrə də maraqlı layihələrdə iştirak etmişəm. Bunlardan ən seçiləni kataloq.net-dir. Ümidvaram 2006-ci ildən bəri bir çoxunuz üçün faydalı bir resurs olmuşdur. Nə isə.. Özüm haqda bu qədər bəsdir.
Blogda əsasən şəxsi təcrübələrimi, gördüyüm işləri və onlarda olan yenilikləri, eyni zamanda rastlaşdığım maraqlı, faydalı olacaq məlumatları yazacağam.
Əlaqə üçün amidos[at]amidos[nöqtə]info emailinə yaza bilərsiniz.