Archives – June, 2009

iPhone 3G S

Bu videoya bugün internetdə rastladım. Yeni iPhone 3G S-də olan funksiyalar haqqında danışılır.

Pulunuz varsa almağa dəyər :)

Leave a Comment June 22, 2009

Kataloq.net-ə müəssisənizi, qurumunuzu, obyektinizi əlavə edin.

Təxminən 2 həftə öncə kataloq.net saytının qurumlar bölməsini yenilədik. Yenilik əsasən bundan ibarət idi ki, KOMPASS AZERBAIJAN kataloqunda yer alan 6000-dən çox  qurum kataloq.NET bazasına əlavə edildi. Kompass-ın nə olduğunu bilməyənlər üçün qısaca deyə bilərəm ki, bu dünyanın nəhəng informasiya kataloqlarındandır. Bu barədə kataloq.NET saytının rəsmi blogunda da oxuya bilərsiniz.

Əlbəttə bugun Azərbaycanda kompass bazasını ozündə cəmləyən bəzi digər saytlar da mövcuddur. Sual yarana bilər ki, kataloq.NET-ə əlavə edilməsinin özəlliyi, yeniliyi nədədir? Başlica özəllik odur ki, digər saytlar hansısa qeyri-qanuni yollarla bu bazanı əldə etdiyi halda kataloq.NET, KOMPASS ilə rəsmi iş birliyinə girmiş və öz resurslarını birləşdirmişdir.  Bu o deməkdir ki, kompass kataloqunda yer alan hər bir qurum haqqında məlumatı kataloq.NET saytında da tapa bilərsiniz.

Rəsmiyyət çox gözəl şeydir. Ən azından ona görə ki, sabah kompass-da hər hansı bir yenilik olsa siz onu ən birinci və ən dəqiq kataloq.NET-də görə biləcəksiniz. Digər bir fərqlilik ondadır ki,  kataloq.NET-də yerləşən qurumları xəritədə görmə imkanına da maliksiniz. Beleliklə axtardığınız qurumun harda yerləşdiyini xəritədə görərək daha dəqiq oriyentasiya ola bilərsiniz.

Bununla kifayətlənmirik. Dünən kiçik bir yenilik daha etdik. Əgər sizin də hər hansi bir müəssisəniz, qurumunuz, obyektiniz var və onu kataloqda tapa bilmədinizsə o zaman çox rahat  şəkildə onu kataloq məlumat bazasına əlavə edə bilərsiniz.
Bunun üçün sadəcə olaraq sayta daxil olub anket formunu doldurmaq kifayet edir.

Leave a Comment June 12, 2009

Wordpress yazılarını saytın digər səhifələrinə daxil etmək / Include wordpress posts to other pages

Wordpress-dən yəqin ki əksər bloggerlər istifadə edir. Öz adımdan deyə bilərəm ki, burada struktur və imkanlar çox gözəl və zəngindir.
Biraz əvvəl bir tanışım məndən blogundakı son postları saytının ana səhifəsinə çixarmağa kömək etməyi istədi. Təbii ki, wordpress-in kifayət qədər tanınmış bir CMS olduğunu nəzərə alsaq ağlıma gələn ilk şey “Bunu etmək üçün rahat bir yol mütləq var” oldu.
Çox az araşdırma apardım. Nəticədə istədiyim şeyi tapa bildim.

(more…)

Leave a Comment June 8, 2009

Xoş gəldiniz!

Mən gəldim!

Hamını salamlayıram.  Axır ki, blogumu aktivləşdirməyə vaxt tapdım. Sagolsun wordpress! Tez və rahat.
Bəs bu bloqda nədən yazacam? Maraqli sualdı…  İşim, hobbim, maraq dairəm əsasən IT (informasiya texnologiyaları) sahəsini əhatə etdiyi üçün, blogumda da əsasən bu mövzuda yazılar görəcəksiniz.  Birdə şəxsi işlərim və qarşılaşdığım maraqlı işlər haqqında yazıları sizinlə paylaşacam.
Arada sıxılmamaq üçün havadan, sudan, ordan-burdan da yazılar yazacam. Mən kiməm, nə iş görürəm, falan filan deyənlər haqqımda bölümünə göz gəzdirsin. Ok, xeyirli olsun və birdaha bloguma xoş gəldiniz!

1 Comment June 6, 2009


Bölmələr

Arxiv

Links

Tags

Social me